Mayın 15-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin açılışı keçiriləcək.
Muzeydə hazırlanmış “Reinkarnasiya – tarixi eksponatlar” sərgisi ilk mərhələsi Azərbaycan Milli İncəsənət Muzeyində həyata keçirilən “Reinkarnasiya” adlı layihənin davamıdır.
Layihənin mahiyyəti Azərbaycanın müasir rəssamlarının mədəniyyətimizi və tariximizi necə görmələrini nümayiş etdirməkdir. Belə ki, muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən tarixi eksponatlara gənc rəssam və heykəltəraşlar avanqard üslublu əsərlər vasitəsilə yenidən həyat vermişlər. Məhz buna görə sərgi “Reinkarnasiya (ruhun yenidən qayıdışı) – tarixi eksponatlar” adlanır.
Sərgidə bir sıra yeni təsviri sənət və heykəltəraşlıq əsərləri yaratmış aşağıdakı rəssam və heykəltəraşların işləri nümayiş olunur: Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Eldar Babazadə, Elşən Qaraca, Həmid Məhərrəmov, Fərid Mirzəyev.
Təqdim olunan sərgidə Muzeyin 20 tarix eksponatı nümayiş olunur. Məhz bu eksponatları əsas götürərək rəssam və heykəltəraşlar 27 sənət əsəri yaratmışlar.
Tarixi eksponatların yeni interpretasiyada, müasir baxış konteksində təqdim olunması onların xüsusiyyətlərini, tarixdə tutduqları yerlərini, bədii tərtibat səviyyəsini qabarıq göstərməyə imkan verir.
Sərginin açılışı 15 may, saat 16-00-da, Milli Azərbaycan Tarixi Muzeyinin Sərgi zalında olacaq.
Sərgi 15 may – 2 iyun tarixlərində davam edəcək, sərgiyə giriş pulsuzdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.