XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 May, 2017
Muzey əməkdaşı arxeoloji kəşfiyyat səfərində olmuşdur

8 may 2017-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Mustafayev Laçın Quba rayonunun Püstəqasım kəndinin dağətəyi və meşə sahəsində təsadüf edilən abidə qalıqları haqqında ətraflı məlumat və yerüstü materiallar toplamaq üçün bu ərazilərə kəşfiyat səfəri etmişdi.


Belə ki, Şaqraqlıq adlandırılan ərazidən və kəndi qərb tərəfdən əhatə edən meşə ərazisindən bəzi yerüstü materiallar götürülmüş, tikili qalıqlarının coğrafi mövqeyi ilə bağlı bəzi qeydlər aparılmışdır.

Həmçinin Nügədi kəndinin meşə sahələrinə də baxış keçirilmiş bu ərazilərdə təsadüf edilən çay daşlarından ibarət tikili qalıqları qeydə alınmış, saxsı nümunələri toplanmışdır. Tapıntılara kənd əhalisinin Köhnə Quba yolu, Künədi (Köhnə kənd), Şaqraqlı və Padşahlıq kimi adlandırdığı ərazilərdə də təsadüf edilir. Toplanan keramika nümunələri ilkin ehtimala görə orta əsrlərə aid olub müxtəlif ölçülü və formalı saxsı qab hissələri, təsərrüfat küplərinin hissə və fraqmentlərindən ibarətdir.

Ərazidən bir ədəd çaxmaq daşı da götürülmüşdür. Belə tapıntılar bu ərazilərdə uzun müddət yaşayışın olduğunu və dulusçuluq sənətinin yüksək inkişaf etdiyini göstərən maddi dəlillərdəndir.

FLICKR

YOUTUBE

FACEBOOK