XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 May, 2017
Muzeydə “ART SHOW” adlı rəsm sərgisi keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində “ART SHOW” adlı rəsm sərgisinin açılışı oldu.


Muzey, auditoriyasının böyük hissəsini təşkil edən azyaşlı ziyarətçilərini daim xüsusi diqqətdə saxlayır. Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Ləman Musayevanın rəhbərliyi ilə İstək liseyinin rəsm dərnəyində “Art istedad” layihəsinə start verildi. Layihənin məqsədi dərnək üzvlərinin Azərbaycan tarixinə marağını gücləndirmək, onlara maddi və mənəvi irsimizin qorunmasının vacibliyini aşılamaq və yeni nəsillərə tanıtmaqdan ibarət idi. Sərgi üçün “Art Show” adının seçilməsi də təsadüfi deyildir. Belə ki, təşkil olunacaq sərgi azyaşlı rəssamlarla yanaşı tədbirdə iştirak edəcək hər bir tamaşaçı üçün incəsənət bayramına – incəsənət şousuna çevrilməsi qarşıya qoyulan hədəflərdəndir. Tədbirin məqsədi bədii incəsənət sahəsində yetişən balaca istedadlara dəstək olmaqla yanaşı, onların mədəni, etik, estetik dünyagörüşünü genişləndirməkdir. Sərginin açılışında incəsənət xadimləri, İstək Liseyinin müdiri Səbuhi Sadıqov, tarixçi alimlər, muzey əməkdaşları və media işçiləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan “ART-İstedad” layihəsinin rəhbəri L.Musayeva qonaqları salamladı. Tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verdikdən sonra, Muzey və Lisey rəhbərliyinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirmişdir.

Daha sonra Muzeyin direktoru, akademik Nailə Vəlixanlı “ART SHOW” sərginin təşkil olunmasının əhəmiyyətindən danışdı. Akademik bildirdi ki, bu kimi sərgilərin təşkil olunması azyaşlı uşaqların dünyagörüşünün artması, onların istedad və bacarıqlarının ortaya çıxmasında böyük rol oynayır. Uşaqların əl işlərində biz onların daxili aləmini, dünyaya baxış formalarını hiss edirik. Bu çöx önəmlidir. Nailə xanım gələcəkdə də belə sərgilərin təşkilinin uşaqların təxəyyülünün inkişafında vacibliyini vurğulayıb və nümyiş olunan rəsm nümunələrini yüksək qiymətləndirib.

Sonra İstək liseyinin Əhmədli filialının layihə rəhbəri Səbuhi Sadıqov çıxış edib. O, həyata keçirilən bu layhənin əsas məqsədlərindən birinin şagirdlərə cəmiyyətlə bağlı düşüncələrini şəkillərdə necə əks etdirməyi və şəkillər üzərində öz hekayələrini təqdim etməyi öyrətməkdən ibarət olduğunu bildirdi. Belə tədbirlərin təşkil olunması uşaqlara göstərilən diqqət, qayğının bariz nümunəsidir.

Tədbirdə İstək liseyi şagirdləri tərəfindən hazırlanmış və tariximizin müəyyən dövrünə həsr olunmuş səhnəcik, musiqi və rəqs nömrələri təqdim olundu.

Sonda mövzular üzrə ən yaxşı rəsm əsərlərinin müəlliflərinə təşəkkürnamə və muzeyin kataloqları hədiyyə verildi.

Həmçinin, Muzeyin üçün təşkil etdiyi sürpriz - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistrı, Təsviri incəsənət müəllimi Aybəniz Pənahovanın kiçik ziyarətçilərin üzlərini xüsusi boyalarla bəzəməsi balacaların sevincinə sevinc qatmışdır.

Sərgi 15 may 2017-ci il tarixinə qədər fəaliyyət göstərəcək.

FLICKR

YOUTUBE

FACEBOOK