Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin müxtəlif dövrlərinin əks etdirən daimi ekspozisiyasında arxeoloji, etnoqrafik, numizmatik və s. xarakterli materiallarla bərabər bədii incəsənət nümunələri də nümayiş olunur.
Belə ki, tariximizin şanlı səhifələri XX əsr Azərbaycan rəssam və heykəltəraşlarının müxtəlif bədii əsərlərində əks olunduğundan bu əsərlərdən ekspozisiyanın mövzusunu daha aydın təsvir etmək baxımından istifadə olunmaqdadır. Daimi ekspozisiyada görkəmli Azərbaycan rəssamları Oqtay Sadıqzadə, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, İvan Şeblıkin, Leopold Knit və s. rəssamların əsərlərini görmək olar.
18 may- Beynəlxalq muzeylər günü ərəfəsində Muzeyin daimi ekspozisiyasına yeni bədii əsərlər əlavə edilmişdir. Belə ki, Muzeyin bərpa laboratoriyasında bərpa ediləndən sonra heykəltəraş Ömər Eldarovun, həmçinin rəssamlar Nadir Əbdürrəhmanovun, Kamil Xanlarovun və Hafiz Zeynalovun əsərləri “Azərbaycan 1904-1913-cü illərdə” bölməsində nümayiş olunur.
Azərbaycanın tanınmış heykəltəraşı, Azərbaycanın Xalq rəssamı, akademik Ömər Eldarovun XX əsrin 70-ci illərində gipsdən hazırladığı iriölçülü “İnqilab (Gələcək naminə)” heykəli bölməyə yeni görünüş vermişdir. Azərbaycanın Xalq rəssamı Nadir Əbdürrəhmanovun yağlı boya ilə işlədiyi iriölçülü “Lenin sözü. Fəhlələr “Pravda” bolşevik qəzetini oxuyurlar” rəsm əsəri XX əsrin əvvəllərində aparılmış təbliğat kampaniyasını təsvir edir. Azərbaycanın Xalq rəssamı Kamil Xanlarovun “Kəndlinin şəhərə qazanc dalınca getməsi” və Azərbaycanın Əməkdar rəssamı Hafiz Zeynalovun “Bolşevik təbliğatçıları kəndlilər arasında” rəsm əsərləri 1904-1913-cü illərdə Azərbaycanda baş vermiş hadisələrin müxtəlif aspektlərini nümayiş etdirir. Onu da qeyd etmək lazımdır ki, ekspozisiyada yer almış əsərlər dövrü təsvir etməklə bərabər XX əsrin 60-70-ci illərinin rəssamlığının sosializm realizmi janrının ən tanınmış nümunələrindəndir. Bu səbəbdən hər bir sənət əsərinin yanında onun müəllifi haqqında qısa məlumat yerləşdirilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.