Qarabağ atı Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. Hazırda Azərbaycan Respublikasında milli at cinsi hesab olunan Qarabağ atı xalqımızın simvollarından biri kimi qəbul olunur.
Təsadüfi deyil ki, Azərbaycanın milli sərvəti, dünyanın bir çox ölkələrində gözəllikləri ilə göz oxşayan Qarabağ atları son hazırlıq işləri görülən IV İslam həmrəyliyi oyunlarının maskotları seçilmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Qarabaq atlarının yetişdirilməsinə xüsusi diqqət yetirilir.
Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağ atı” bölməsi yaradılmışdır. Belə ki, hələ 2008-ci ildə ekpozisiyada heykəltəraş Məmməd Rəşidovun müəllifi olduğu “Qarabağ atı” kompozisiyası (dəmir, şüşə) qurulmuşdur. Heykəlin ətrafında tərtibat işləri aparılmış, yeni eksponatlar və məlumat xarakterli materiallar qurulmuşdur. Yeni qurulan iki informasiya panelində Qarabağ atı haqqında tarixi məlumat verilməklə bərabər onu təsvir etmiş rəssamların işlərinin surətləri, XIX – XX əsrlərdə müxtəlif yarışlarda qalib olmuş atların fotoşəkilləri verilmişdir. Maraqlıdır ki, Qarabağ atı öz gözəlliyi ilə müxtəlif Avropa və Rusiya rəssamlarının diqqətinin cəlb etmişdir. Bölmədə tanınmış Rusiya rəssamı N.Sverçkovun “”Xan” adlı Qarabağ atı” rəsm əsərinin reproduksiyası (rəsmin orijinalı Moskva Atçılıq Muzeyində nümayiş olunur), həmçinin digərr Rusiya rəssamı N.Samokişin “Qarabağ atı” əsərinin surəti verilmişdir.
Ekspozisiyada qurulan vitrində XIX əsr at ləvazimatını əks etdirən müxtəlif eksponatlar nümayiş olunur. Bölmədə bütün məlumatlar azərbaycan, rus, ingilis dillərində tərtib edilmişdir.
В Национальном музее истории Азербайджана создан отдел «Карабахская лошадь»
Накануне Международного дня музеев в Национальном музее истории Азербайджана создан отдел «Карабахская лошадь».
В 2 вновь созданных информационных панелях наряду с данными о карабахской лошади представлены копии посвященных карабахской лошади работ художников и фотографии лошадей, победивших в различных соревнованиях в XIX-XX веках. Карабахская лошадь привлекла внимание европейских и российских художников своей красотой.
В отделе также представлены репродукция художественной работы российского художника Н.Сверчкова «Карабахская лошадь по кличке «Хан» (оригинал демонстрируется в Московском музее коневодства) и копия работы российского художника Н.Самокиши «Карабахская лошадь».
На витрине, установленной в экспозиции, демонстрируются экспонаты, отражающие различные принадлежности лошадей XIX века.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.