XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 May, 2017
Muzeydə açıq dərs keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində Bakı Dövlət Universitetin Tarix fakültəsinin III kurs tələbələrinin çıxış və iştirakı ilə açıq dərs təşkil edildi. Fənlərarası inteqrasiya yolu ilə metodika, mənbəşünaslıq və tarixşünaslıq fənləri üzrə keçirilən dərslərin mövzularına aydınlıq gətirildi.


Fakültənin dekan müavini prof. Sevda Süleymanova, metodika müəllimi dosent Mətanət Məmmədova, mənbəşünaslıq və tarixşünaslıq kafedrasının dosenti Sevinc Qasımovanın təqdimatı ilə tələbələrin - Rəhimova Bahar “Muzey və Muzey Tarixi”, Üzeyirova Tünzalə  “Şamaxının  tarixi abidələri və anların milli dəyərlərimizin təbliğində yeri”, Yusifli Aytəkin “Tarixi şəxsiyyətlərimiz bədii film və əsərlərdə” mövzularında çıxışları dinlənildi.

Sonda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tələbələrə öz tövsiyyələrini bildirdi.

 FLICKR

YOUTUBE

FACEBOOK