26 may 2017-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin “Tarixə səyahət” kinoklubunda növbəti filmin nümayişi keçirilmişdir.
Kinoklubda 28 may - müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına həsr olunmuş iki hissəsli “Mücadilə” filminin birinci hissəsi nümayiş etdirilmişdir.
Filmin nümayişində “Mücadilə” filminin ssenari müəllifi və quruluşçu rejissoru Nazim Rza İsrafiloğlu, filmin elmi məsləhətçisi t.ü.e.d., professor Elmira Muradəliyeva, AR Milli Arxiv idarəsinin nümayəndələri, Yaradıcı Qadınlar Assosiasiyasının üzvləri, Muzeyin “Gənc Muzeyşünaslar və Muzeysevərlər” klubunun üzvləri, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, Xəzər Universitetinin tələbələri, 39 nömrəli tam orta məktəbin şagirdləri və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov Muzeyin kinoklubunda nümayiş etdirilən filmlərin tariximizin müxtəlif dövrərinə həsr olunduğunu və əsas məqsədin Azərbaycan tarixi irsinin öyrənilməsinə istiqamətləndiyini qeyd etmişdir.
Daha sonra söz Tarix üzrə elmlər doktoru, professor Elmira Muradəliyevaya verildi. O, 99 il öncə çətin tarixi şəraitdə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirən “Mücadilə” iki hissəli sənədli filmin Azərbaycan tarixinin öyrənilməsi və təbliğində xüsusi yer tutmasını vurğulamışdır.
Kinorejissor, kinodramaturq, yazıçı-publisist, müstəqil araşdırmacı Nazim Rza İsrafiloğlu filmin bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunduğunu və iki – “İstiqlalın beşiyi” və “Yüksələn bayraq” adlı hissələrdən ibarət olduğunu qeyd etmişdir. Kinorejissor izləyicilərə filmin Bakı, Gəncə, Batumi, Tiflis və İstanbulda aparılmış çəkilişləri haqqında ətraflı məlumat vermişdir.
Daha sonra “İstiqlalın beşiyi” sənədli filmi nümayiş olunmuşdur.
Nümayişdən sonra izləyicilərin sualları filmin yaradıcı heyyəti və tarixçi alimlər tərəfindən cavablandırılmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.