XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 May, 2017
Milli Azərbaycan Tarixi Muzeyində “Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin açılışı keçirildi

2017-ci il ayın 15-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin açılışı keçirildi.


Tədbiri giriş sözü ilə Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d Səbuhi Əhmədov açdı. O, qeyd etdi ki, sərginin mahiyyəti Azərbaycanın müasir rəssamlarının mədəniyyətimizi və tariximizi necə görmələrini nümayiş etdirməkdir. Belə ki, muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən tarixi eksponatlara gənc rəssam və heykəltəraşlar avanqard üslublu əsərlər vasitəsilə yenidən həyat vermişlər. Məhz buna görə sərgi “Reinkarnasiya (ruhun yenidən qayıdışı) – tarixi eksponatlar” adlanır.

Daha sonra söz sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevə verildi. O, Aəzxrbaycan incəsənətində son dövrdə yaranmış cərəyanlar haqqında danışdı, gənc rəssam və heykəltəraşların Azərbaycan tarixi və mədəniyyətini əsas mövzu kimi seçmələrinin təqdirəlayiq hal kimi qiymətləndirdi. Z.Əliyev sərgi nümayiş olunan əsərlərin işlənmə üslubu, gənclərin yeni baxış tərzi haqqında məlumat verdi.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış sözündə layihənin qeyriadi, lakin bununla belə çox maraqlı olmasını vurğuladı. O, layihədə iştirak etmiş rəssam və heykəltəraşlara təşəkkürünü bildirdi. Layihə iştirakçılarına təşəkkürnamə, eləcə də muzeyin nəşrlərindən ibarət hədiyyələr təqdim edildi.

Sərgidə bir sıra yeni təsviri sənət və heykəltəraşlıq əsərləri yaratmış aşağıdakı rəssam və heykəltəraşların işləri nümayiş olunur: Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Eldar Babazadə, Elşən Qaraca, Həmid Məhərrəmov, Fərid Mirzəyev.

Təqdim olunan sərgidə Muzeyin 20 tarix eksponatı nümayiş olunur. Məhz bu eksponatları əsas götürərək rəssam və heykəltəraşlar 27 sənət əsəri yaratmışlar.

Tarixi eksponatların yeni interpretasiyada, müasir baxış konteksində təqdim olunması onların xüsusiyyətlərini, tarixdə tutduqları yerlərini, bədii tərtibat səviyyəsini qabarıq göstərməyə imkan verir.

Sərgi 15 may – 2 iyun tarixlərində davam edəcək, sərgiyə giriş pulsuzdur.


В Национальном музее истории Азербайджана состоялось открытие выставки «Реинкарнация - исторические экспонаты»

15 мая в Национальном музее истории Азербайджана НАНА открылась выставка «Реинкарнация - исторические экспонаты».

Первый этап организованной в музее выставки «Реинкарнация - исторические экспонаты» является продолжением проекта «Реинкарнация», реализованного в Национальном музее искусств Азербайджана. Цель этого проекта – демонстрация видения нашей культуры и истории современными азербайджанскими художниками.

На церемонии открытия директор музея, академик Наиля Велиханлы выразила свое мнение в связи с выставкой и подчеркнула ее значение. Отметила, что вошедшим в золотой фонд и демонстрируемым в стационарной экспозиции историческим экспонатам музея молодые художники и скульпторы вновь дали жизни посредством произведений в стиле авангард. Именно поэтому выставка называется «Реинкарнация - исторические экспонаты».

На выставке представлены работы отдельных художников и скульпторов, создавших различные произведения изобразительного искусства и скульптуры.

Выставка продлится до 2 июня.


FLICKR

YOUTUBE

FACEBOOK