XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 May, 2017
“Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin kataloqu

2017-ci il ayın 15-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində açılışı keçirilmiş “Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin materialları müvafiq kataloqda çap olunmuşdur.


Belə ki, Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d Səbuhi Əhmədov tərəfindən hazırlanmış kataloqun kompyuter dizayner işləri Emin Dadaşov tərəfindən görülmüş, fotoqraf Nurlan Zeynallıdır. Kataloqda sərgidə iştirak edən rəssamların bioqrafiyaları verilməklə bərabər, onların iştirak etdikləri sərgilər, eləcə də təqdim olunan sərgiyə təqdim etdikləri işlərin siyahısı göstərilir. Sərgidə nümayiş olunmuş tarixi eksponatlar onların əsasında yaradılmış müasir işlə (reinkarnasiya) yanbayan verilir, bu da oxucuya sərgi haqqında tam məlumat əldə etməyə imkan verir.

Qeyd edək ki, “Reinkarnasiya – tarixi eksponatlar” sərgisi iyunun 2-dək davam edəcək, sərgiyə giriş pulsuzdur.

FLICKR

YOUTUBE

FACEBOOK