XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 May, 2017
Muzeydə “Muzeylər: müasir tendensiyalar” adlı konfrans keçirilib

16 may 2017-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi ilə imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən həmin muzeyin konfrans zalında 18 may – Beynəlxalq Muzeylər gününə həsr olunmuş “Muzeylər: müasir tendensiyalar” adlı konfrans keçirilmişdir.


Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev konfransın iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətini qeyd ediblər və konfransın işinə uğurlar arzulayıblar.

Tədbirdə “Muzey və bədii təhsil” adlı məruzə ilə Azərbaycan Turizm və Menecment Universitetinin “İctimai fənnlər” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Qafarova, “Mədəni irsin muzeydə interpretasiyasına kulturoloji yanaşma” adlı məruzə ilə həmin kafedranın baş müəllimi Sevil Kərimova, “Muzey işinin təşkilində muzey menecmentinin tətbiqi” adlı məruzə ilə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçiləri Əli Fərhadov “Milli Azərbaycan Tarixi Muzeyində islam mədəniyyətinin təbliğinə dair: Corci Zeydan nümunəsi” və Sahibə Ələkbərova “İşğal altında qalmış mədəni irsimiz” adlı məruzələr ilə, “Regional muzeylərin müasir vəziyyəti və perspektivlər” adlı məruzə ilə Şirvan tarix-diyarşünaslıq muzeyinin direktoru Gülşən Vəliyeva, “Muzeylərdə marketinq işinin təşkili” adlı məruzə ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Strateji araşdırmalar sektorunun müdiri Pakizə Almazova çıxış etmişlər.

Konfrans çərçivəsində qabaqcıl muzey işçilərinin Metodiki Mərkəz tərəfindən Fəxri diplom və Sertifikatlarla təltif olublar. Eyni zamanda mövzu ilə bağlı tədbir iştirakçıları tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevə müraciət məktubu da imzalanıb.

FLICKR

YOUTUBE

FACEBOOK