Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Milli Qəhrəmanı Şahlar Əvəz oğlu Şükürovun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında keçirilən “Xalq qəhrəmanları ilə tanınır” adlı tədbir Milli Qəhrəmanın anadan olmasının 65-ci ildönümü münasibətilə təşkil olunmuşdur.
Tədbirdə Bakı şəhəri Təhsil İdarəsi, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri, Muzey əməkdaşları, 39 saylı tam orta məktəbin müəllim və şagirdləri, Milli Qəhrəmanın yaxınları və ailə üzvləri, KİV nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları Azərbaycanın azadlıq və suverenlik uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq, belə tədbirlərin keçirilməsinin gənc nəslin maariflənməsi və vətənpərvər ruhda böyüməsində böyük əhəmiyyətə malik olduğunu bildirdi. Biz tariximizi, Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş Azərbaycanın Milli qəhrəmanlarını unutmamalıyıq.
Tədbirin əsas məqsədi Milli Qəhrəmanları tanıdıb təbliğ etmək, gələcək nəsilləri maarifləndirməkdir ki, gənc nəslin mübarizə əzmi daha da qüvvətlənsin. Ş.Şükürovun ailəsi Milli Qəhrəmana məxsus “Qızıl ulduz” medalını Muzeyə hədiyyə etdi.
Sonra Milli Qəhrəmanın həyatı, keçdiyi döyüş yolu haqqında geniş məlumat verildi. Ş.Şükürovun atasının, digər ailə üzvlərinin iştirakı, çıxışları ilə çəkilmiş videoçarxlar, şagirdlərin ifasında şeirlər, kompozisiyalar, səhnələr nümayiş etdirildi. Tədbirdə həmçinin müğənni Kamil Cəfərov və saz ustaları da çıxış etdilər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.