Milli Azərbaycan Tarixi Muzeyinin Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini, t.ü.f.d. Həbibə Əliyeva Şamaxıda keçirilən “III Beynəlxalq Həmzə Nigari Türk dünyası mədəni irsi” adlı simpoziumunda iştirak etmişdir.
Şamaxı şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialı, Türkiyə Cümhuriyyəti Amasya Üniversiteti və Amasya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyi ilə birgə keçirilən beynəlxalq simpoziumda Türkiyə, Makedoniya, Rusiya, İtaliya və b. ölkələrin ali məktəb və elmi müəssisə tədqiqatçıları qatılmışdılar.
T.ü.f.d. H.Əliyeva simpoziumda “Sufizmin rəmzi olan təbərzinlər üzərində epiqrafik yazı nümunələri” adlı məruzə ilə çıxış etmişdir. Məruzəçi elektron slaydın nümayişi ilə Milli Azərbaycan Tarixi Muzeyində qorunan sufi dərvişlərin atributu sayılan təbərzin-baltaları foto-şəkillər ilə iştirakçılara təqdim etdi.
Sonra H.Əliyeva Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşrlərini, Muzey eksponatlarından ibarət broşürləri və tarixi mövzularda müxtəlif kitabları simpoziumda iştirak edənlərə hədiyyə etmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.