18 may - Beynəlxalq Muzeylər günü mövzusuna - "Muzeylər və mübahisəli tarixi məqamlar - Muzeylərdə deyilməyənlərin səslənməsi" uyğun olaraq İCOM Azərbaycana daxil olan muzeylərə "1920-50- ci illərdə represiyyalar" adlı vahid bir mövzu əsasında Milli Azərbaycan Tarixi Muzeyində “Sonuncu ünvan...” adlı tədbir keçirilmişdir. Tədbir AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) Gənc Alim və Mütəxəssislər Şurası və Hüseyn Cavidin Ev Muzeyi ilə birgə təşkil olunmuşdur.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək, tariximizin dərindən araşdırılmasının və öyrənilməsinin əhəmiyyətindən danışıb. O, bildirib ki, 1920-1950-ci illərdə totalitar dövlət rejimi Azərbaycanda yüz minlərlə günahsız insanı repressiyalara məruz qoymuşdur. Siyasi rejimin diqtəsilə deyil, milli hissiyyatla düşündüyünə görə bu məsum insanlar cəzalandırılmışdır. Nailə xanım bu dövr tariximizin dərindən tədqiq edilib araşdırılmasına böyük ehtiyac olduğunu bildirmişdir.
Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxış etdi. O, Beynəlxalq Muzeylər Günündə belə bir tədbirin keçirilməsinin təqdirəlayiq olduğunu qeyd etdi və Muzey rəhbərinə öz təşəkkürünü bildirmişdir. E.Süleymanova repressiya qurbanlarını yad edərək, tariximizin bu acı səhifələrinin insan hüquqlarının pozulması kimi qiymətləndirmişdir.
Daha sonra MATM-ın zəngin fondlarında mühafizə olunan materiallar əsasında hazırlanmış foto-slaydın müşayiətilə t.ü.f.d. Rafiq İsmayılovun “1930-1953-cü illərdə repressiyaya məruz qalan elm xadimləri” mövzusunda məruzəsi oxunmuşdur.
Gün ərzində H.Cavidin yeganə oğlu, unudulmaz bəstəkar Ərtoğrol Cavidin musiqiləri səsləndirilmişdir.
В Национальном музее истории Азербайджана состоялось мероприятие, посвященное жертвам репрессий
18 мая в Национальном музее истории Азербайджана НАНА при совместной организационной поддержке этой структуры и Дома-музея Гусейна Джавида состоялось мероприятие на тему «Репрессии в 1920-1950 годах».
Открывая мероприятие вступительным словом, директор Национального музея истории Азербайджана, академик Наиля Велиханлы рассказала о значении глубокого исследования и изучения нашей истории.
Затем выступила Уполномоченная по правам человека Азербайджанской Республики (Омбудсман) Эльмира Сулейманова, которая рассказала о важной роли музеев в современный период, подчеркнула значение деятельности Национального музея истории Азербайджана, в том числе исследований, проводимых в этом научном учреждении.
Затем доктор философии по истории Рафиг Исмаилов представил доклад на тему «Деятели науки, подвергнутые репрессии в 1930-1953 годах».
На мероприятии был продемонстрирован короткометражный фильм, подготовленный Домом-музеем Гусейна Джавида. Также прозвучали музыки сына видного поэта и драматурга Гусейна Джавида, талантливого композитора Эртогрула Джавида
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.