Mayın 18-də Azərbaycan Xalça Muzeyində "Dekorativ-tətbiqi sənətdə sosialist realizmi" sərgisinin açılış mərasimi keçirildi.
Muzeydə Beynəlxalq Muzeylər Günü ilə əlaqədar təşkil olunan sərgidə Muzeyin kolleksiyasından nümunələr yer almışdı. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi m.ü.f.d. Nardanə Yusifova da iştirak etmişdir.
Tədbiri Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq 18 may - Beynəlxalq Muzeylər Günü haqqında məlumat verdi.
"Dekorativ-tətbiqi sənətdə sosialist realizmi" sərgisində nümayiş olunan əsərlər SSRİ dağıldıqdan sonra ilk dəfə təqdim edilir. Bu sənət əsərləri müəyyən ideoloji cərəyanla bağlı olsa da, sənətkarlıq baxımından yüksək dəyərə malikdir.
Tədbirdə çıxış edənlər Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən bəhs etdilər. Bu əlamətdar günün qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş qeyd edilməsinin önəmini vurğuladılar.
Daha sonra Beynəlxalq Muzeylər Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi və tədbir iştirakçıları sərgi ilə tanış oldular.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.