Bu gün Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin və başda Çin Muzey Sarayının direktoru, dr. Şan Jixianq olmaqla muzeyin nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Öncə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları qarşılayaraq onları rəhbərlik etdiyi muzeydə görməkdən məmnun olduğunu bildirdi. Görüşdə hər iki ölkənin muzeyləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri, gələcəkdə səyyar sərgilərin təşkili ilə bağlı planlar müzakirə edildi. Müzakirə zamanı, həmçinin, müəssisələr arasında müvafiq sahədə əməkdaşlıq perspektivlərindən söz açılıb. Qonaqlara muzeyin elmi-kütləvi fəaliyyəti, xüsusilə bərpa ilə bağlı görülən yeniliklər haqqında ətraflı məlumat verildi.
Sonra Çinin Azərbaycandakı səfiri Xun Tsyuin və Çin Muzey Sarayının nümayəndələri Muzeyin ekspozisiyası ilə tanış oldular. Qonaqlar Nailə xanımın müşayiəti ilə Azərbaycanın ən qədim dövrdən bu günə kimi olan ekspozisiyası və H.Z.Tağıyevin ev muzeyi ilə tanış oldular. Qonaqlar görüşdən məmnun olduqlarını və Muzeyin rəhbərliyinə öz minnətdarlığını bildirdilər.
Qeyd edək ki, bu görüş hər iki ölkənin maddi mədəniyyətinin inkişafında, konfrans və seminarların keçirilməsi, elmi tədqiqatların və kadr təcrübə mübadiləsinin aparılması sahəsində böyük əhəmiyyət kəsb edəcək.
Qonaqlar muzeyə Çin Xalq Respublikasına həsr olunan xatirə kitab hədiyyə etdilər.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.