XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 May, 2017
Muzeydə “Azərbaycan tarixində almanlar” adlı fotosərgi təşkil olunmuşdur

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixində almanlar” adlı fotosərgi təşkil olunmuşdur.


Fotosərgi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarına əsasən uyğun olaraq qurulub.

Fotosərgidə orta əsrlər dövründə Azərbaycanda olmuş alman səyyahları, XIX əsrdə almanların Azərbaycan köçürülməsi, XIX – XX əsrin əvvəllərində Azərbaycanda alman koloniyalarının həyatını əks etdirən materiallar nümayiş olunur. Fotomateriallar onları izah edən müvafiq elmi məlumatla zənginləşdirilmişdir. Sərgidə 140-a yaxın fotoşəkil, müxtəlif illərdə alman təşkilatlarının Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyələri göstərilir.

Sərginin açılışında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Azərbaycan Tarixi Muzeyinin direktor, akademik Nailə Vəlixanlı və Elmiekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov çıxış etmişlər.

Sərgi 22 may – 22 iyun 2017-ci il tarixlərində davam edəcək.

FLICKR

YOUTUBE

FACEBOOK