Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq məktəblilər üçün açıq dərslər keçirilir. Növbəti belə dərs Xətai rayonu 55 saylı tam orta məktəbin tarix müəllimi Zümrüd Həsənquliyeva tərəfindən aparılmışdır.
O, Muzey eksponatları əsasında “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü” adlı mövzu üzrə çıxış etmiş, şagirdlərə ətraflı məlumat vermişdir.
Açıq dərsin sonunda Z.Həsənquliyeva Ulu öndər Heydər Əliyevin AXC-nin yaradıldığı 28 may tarixini Respublika Günü elan etməsi və ölkə rəhbəri cənab İlham Əliyevin Cümhiriyyətin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün verdiyi Sərəncam haqqında da məlumat verdi.
Muzeydə keçirilən bu dərslərin məqsədi məktəblilərə əcdadlarımızın yaratdığı maddi-mənəvi dəyərləri unutdurmamaq, milli-mədəni irsimizi öyrətmək və təbliğ etməkdən ibarətdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.