Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili Multikulturalizm ili elan etməsi ilə əlaqədar AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanın dini fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları” mövzusunda növbəti seminar keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun əməkdaşı Vidadi Rzayev, Azərbaycan Dövlət Pedaqoji Universitrtini tələbələri, Xətai rayonu 55 saylı məktəbin müəllim və şagirdləri iştirak etdilər. Seminarın əsas məqsədi gəncləri multikulturalizm mövzusunda maarifləndirmək və onlara tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təbliğ etməkdən ibarət idi.
Seminarı Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Pərvanə Əzimova açdı və sözü Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun əməkdaşı Vidadi Rzayevə verdi. Vidadi Rzayev öz çıxışında bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsinin qəbul edilməsi dünya ölkələrinin Azərbaycanda multikultural mühitə olan münasibətinin real ifadəsidir. Sonra Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadov iştirakçılara “Azərbaycan multikulturalizminin dini qaynaqları (Mir Məhəmməd Kərim əl-Bakuvi nümunəsi)” mövzusunda məruzə etdi. Ə.Fərhadov öz çıxışında qeyd etdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Məruzəçi əl-Bakuvinin maarifçilik fəaliyyəti və onun "Kəşfül-həqayiq" əsərində əsasən multikulturalizm, tolerantlıq mövzuları haqqında da məlumat verdi. Tədbirin sonunda şagird və tələbələrin sualları ətraflı cavablandırıldı.
Tədbirin sonunda şagird və tələbələrin sualları ətraflı cavablandırıldı.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.