Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elimi-kütləvi iş şöbəsinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadovun məqaləsi nəşr olunub. “Multikulturalizm” adlı ədəbi-bədii, elmi-publisistik jurnal Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə təşəbbüsü ilə nəşr edilir.
Jurnalın 2017-ci il üçün birinci sayında multikulturalizmin tarixi, onun ölkəmizdə formalaşması, islam və multikulturalizmin qarşılıqlı əlaqəsi, etnik icmaların nümayəndələrinin əsərlərinin nümunələrindən ibarət məqalələr yer alır.
Əli Fərhadovun “Müsəlman həmrəyliyinin və multikulturalizmin mükəmməl ifadəsi” adlı məqaləsi Bakı qazısı Mir Məhəmməd Kərim əl-Bakuvinin “Kəşfül-həqayiq” əsəri əsasında yazılmışdır. Məqalədə Azərbaycanda islam həmrəyliyi, bütün etiqad və dini icma nümayəndələrinin qardaşcasına yaşamaq imkanının qanun səviyyəsində təsbit edilməsindən və dini tolerantlıqdan bəhs edilir.
İctimaiyyətə təqdim edilən bu jurnal dövlətimizin tarixi, mənəvi ənənələrini beynəlxalq miqyasda tanıtmaq missiyasında mühüm əhəmiyyət kəsb edir.
Jurnalın yeni sayı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.