Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadov təqdimatda iştirak edib.
05.06.2017-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) kitabının təqdimat mərasimi keçirilib. Bakıdakı Yunus Əmrə İnstitutunda baş tutan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral və digər səfirliklərin təmsilçiləri, eləcə də Azərbaycanın tanınmış ziyalıları iştirak və çıxış ediblər. Tədbirdən sonra “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) kitabı (Bakı, 2017, 460 səh.) Tərcümə Mərkəzi tərəfindən Muzeyə hədiyyə olunub.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.