Bakı şəhəri, Xətai rayonunun 55 saylı tam orta məktəbinin tarix müəlliməsi Ülviyyə İsmayılova 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında orta məktəb şagirdlərinə mühazirə oxumuş
və öz mühazirəsində 1918-ci ilin 30-31 martında Bakı Soveti - bolşeviklərlə daşnakların birləşərək azərbaycanlılara qarşı soyqırım törətdiyini, təkcə Bakıda 12 mindən çox azərbaycanlının öldürüldüyünü, Şamaxı, Quba və Lənkəran qəzalarında, Kürdəmirdə və Salyanda soyqırıma davam etdiklərini bildirdi. Mühazirəçi bu soyqırımın tədqiqinin AXC dövründə başlandığını, ancaq əsl hüquqi qiymətin ümummilli lider H.Əliyev tərəfindən verildiyini, onun 1998-ci il 26 mart fərmanı ilə 31 martın azərbaycanlıların soyqırım günü elan edildiyini və hər il böyük kədərlə qeyd edildiyini şagirdlərə izah etdi.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.