Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun üzvləri üçün ilk məşğələ keçirilmişdir.
Məşğələdə muzeyin Elmi-fond işləri üzrə direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalova tərəfindən “Milli Azərbaycan Tarixi Muzeyi binasının memarlıq üslubu” adlı mühazirə oxunmuşdur.
Binanın həm xarici, həm də daxili memarlığını əks etdirən fotoşəkillərdən ibarət foto-slaydın müşaiyəti ilə keçirilən mühazirədə binanın memarlıq üslubu haqqında ətraflı məlumat verilmişdir. Sonda dinləyicilərin mövzu ilə bağlı verdiyi çoxsaylı suallar məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.
Xatırladaq ki, maddi-mədəni abidələrimizin qoruyucusu olan muzeylər haqqında məlumatı, muzey işi və onun fəaliyyət istiqamətlərini gənc nəslə çatdırılmasını qarşısına məqsəd qoyan “Gənc muzeyşünaslar və muzeysevərlər” klubu ilk dəfə olaraq AMEA Milli Azərbaycan Tarixi Muzeyində yaradılmışdır. Klubun rəhbəri Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.