“İrs” beynəlxalq jurnalının ingilis dilindəki növbəti buraxılışında (№2 (30), 2017, s.24-33) Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədovun “Avropa muzeylərində orta əsrin Azərbaycan silahları” adlı məqaləsi nəşr olunmuşdur.
Məqalədə Avropa muzeylərində qorunan Azərbaycan silahları haqqında məlumat verilir, fotolar təqdim olunur.
Müəllif Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətinin silahları, o cümlədən dəbilqələr, yaraq növləri, qolçaqlar, at zirehləri və s. haqqında geniş məlumat vermişdir.
Muzey kollektivi adından Səbuhi Əhmədovu təbrik edir, yeni nailiyyətlər arzu edirik.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.