Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin əməkdaşı, t.ü.f.d Əli Fərhadov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa”da iştirak etmişdir.
Tədbirdə AMEA-nın və ali təhsil müəssisələrinin əməkdaşları, etnik və dini icmaların nümayəndələri və b. iştirak və çıxış edib.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin yaradıcılığına, onun multikultural görüşlərinə bir daha nəzər salınıb. Bildirilib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür və daim təbliğ edilməlidir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.