XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Dekabr, 2017
Muzeyin qədim qızıl eksponatı
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın antik qızıl zərgərlik məmulatları qorunur, nümayiş olunur. Muzeyin Xüsusi Fondunda Muzeyin qədim qızıl eksponatlarından biri - qızıl muncuq düzümü mühafizə olunur. O Ağstafa rayonunun Soyuqbulaq nekropolundan tapılmışdır. Arxeoloq Tufan Axundov tərəfindən arxeoloji ekspedisiya zamanı aşkar olunmuşdur. Mütəxəssisin qeyd etdiyinə görə, muncuq düzümü e.ə. IV minilliyin ikinci yarısına, tunc dövrünə təsadüf edir. 23 ədəd qızıl muncuq halqa və oval formalı olub, biri lacivərd (lazurit) daşındandır. Çəkisi 2,9 qr.-dır. Bu qızıl zinət əşyası Muzeyin dəyərli inciləri sırasında xüsusi əhəmiyyətə malikdir. Həmçinin Azərbaycan etnoqrafiyasını öyrənmək baxımından böyük önəmi var.