XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Noyabr, 2017
Azərbaycanın numizmat alimi “az.vision” informasiya portalına müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi şöbəsinin müdiri, numizmat alim, t.ü.e.d., prof. Əli Rəcəbli “az.vision” informasiya portalına numizmatika elmi və sikkələr haqqında müsahibə vermişdir. Ə.Rəcəbli öz müsahibəsində numizmatika elminin əsasları, Azərbaycanda sikkələrin zərb olunma tarixindən bəhs etmişdir. Həmçinin Muzeyin fondlarında və ekspozisiyasında qorunan numizmatik sikkə kolleksiyası və qazıntılar zamanı əldə olunan, Muzeyə təhvil verilən dəfinələr haqqında ətraflı məlumat vermişdir. Prof. Əli Rəcəbli numizmat alim Y.Poxomovun tələbəsi olmuş və onun yolunu davam etdirmişdir. Hal-hazırda Azəbaycanın yeganə numizmat alimi Əli Rəcəbli Azərbaycan dövlətçiliyinin mühüm atributlarından biri olan pul tarixinin öyrənilməsi ilə məşğuldur. Həmçinin numizmatik materialın toplanması və tədqiqi kimi mühüm problemləri araşdırır. Əli Rəcəbli “Azərbaycan numizmatikası”, “Azərbaycan sikkələri”, “Монетное дело азербайджанского государства Сефевидов” və digər kitabların müəllidir. Fədakar əməyə görə medalla (1970) və Tərəqqi medalı (2010) ilə təltif olunub. “Əməkdar mədəniyyət işçisi” fəxri adına (1972) layiq görülüb. 2017-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın prezidenti akademik Akif Əlizadə tərəfindən A.A.Bakıxanov adına medalla təltif olunmuşdur.