XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Noyabr, 2017
“Gənc muzeyşünaslar və muzeysevərlər” klubunda növbəti açıq dərs keçirilmişdir
Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun üzvlərinə müntəzəm olaraq açıq dərslər keçirilir. Növbəti dərsin iştirakçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr pilləsinin III kurs tələbələri olmuşdur. Açıq dərsdə Muzeyin “Elmi ekspozisiya və sərgilərin təşkili" şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov tərəfindən “Muzeylərdə sərgi işinin təşkili” adlı mühazirə oxunmuşdur. Muzeyşünasların sualları məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır. Qeyd edək ki, “Gənc muzeyşünaslar və muzeysevərlər” klubu ilk dəfə olaraq Milli Azərbaycan Tarixi Muzeyində yaradılmışdır. Klubun məqsədi maddi-mədəni abidələrimizin qoruyucusu olan muzeylər haqqında məlumatın, muzey işi və onun fəaliyyət istiqamətlərinin gənc nəslə çatdırılmasını təmin etməkdir. Klubun rəhbəri Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır.