XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Aprel, 2016
Muzey əməkdaşı P.Gözəlovun Naxçıvan bayraqlarına həsr olunmuş məqalələri “Azərbaycan” və “Bakı-Xəbər” qəzetlərində dərc olunub

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Naxçıvan xanlıqının ikirəngli bayrağı” adlı məqaləsi “Azərbaycan” qəzetində çap olunmuşdur.


Azərbaycanın xanlıqlar dövrünün dövlətçilik rəmzlərinin öyrənilməsi istiqamətində ardıcıl olaraq tədqiqat aparan P.Gözəlovun səyləri ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki bir sıra muzeylərində Azərbaycana aid olan bayraqların, o cümlədən Naxçıvan xanlığının bayrağının olması müyyən edilmişdir. Naxçıvan xanlığının iki bayrağı - dövlət və döyüş bayraqlarının hazırlanmış mulyajlarının Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində 16 noyabr 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə təqdimatı olmuşdur. Daha sonra P.Gözəlov tərəfindən xanklığın üçüncü bayrağı aşkarlanmışdır. Bu bayraq 1827-ci ildə general İ.Paskeviçin qoşunları tərəfindən götürülmüş və Sankt-Peterburqda "XVIII-XIX əsr müsəlman bayrağı" kimi saxlanılır.Məqalədə xanlığın bayrağlarının axtarış prosesi, P.Gözəlovun əldə etdiyi nəticələr barəsində ətraflı məlumat verilir.

P.Gözəlovun ikinci məqaləsi “Bakı-Xəbər” qəzetində dərc olunub. Belə ki, “Naxçıvan xanlığının ikirəngli bayrağı və digər xanlıqların bayraqlarından ən böyük fərqi” adlı məqalədə Naxçıvan xanlığının bayrağı təhlil olunur və onun digər Azərbaycan xanlıqlarının bayraqlarından olan fərqi göstərilir.

Məqalələrin tam mətni ilə bu linklərdə tanış olmaq olar:

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=93692

http://www.baki-xeber.com/v5/35311.html#.VwI6FqOGiJB