Milli Azərbaycan Tarixi Muzeyində “O.Şmerlinq və İ.Rotterin “Molla Nəsrəddin” jurnalındakı yaradıcılığı” mövzusunda seminar keçirilmişdir.
Tədbir Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ilə birgə “İncəsənətə dair söhbətlər” layihəsi çərçivəsində baş tutmuşdur. “Azərbaycan Kazak Həmyerliləri” İctimai Birliyinin üzvləri, Muzey əməkdaşları tədbirdə iştirak etmişdir.
Seminarda Muzeyin elmi işçisi t.ü.f.d. Fuad Ağayev məruzə ilə çıxış etdi. Natiq XX əsrin əvvəllərində rəssamlar - O.Şmerlinq və İ.Rotterin yaradıcılığında dini mövhumat və xurafat, çarizmin milli siyasəti, iqtisadi gerilik və digər sosial qüsurların tənqidinin mühüm yer tutduğunu bildirmişdir. Bu rəssamların Azərbaycanda karikatura sənətinin inkişafına misilsiz töhfə verdiyi vurğulandı. Qonaqlara mövzu ilə bağlı geniş məlumat verildi və müzakirələr aparıldı.
Sonda “Azərbaycan Kazak Həmyerliləri” İctimai Birliyinin başçısı ataman Sergey Samulyov bu maraqlı tədbirə görə Muzey əməkdaşlarına təşəkkürünu bildirdi. İştirakçılar gələcəkdə də bu cür tədbirlərdə iştirak emək istədiklərini qeyd etdilər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.