AMEA Milli Azərbaycan Tarixi Muzeyində hazırlıq işləri aparılan “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisində 130-a yaxın tarixi eksponatdan başqa Azərbaycan və Türkiyə rəssam və heykəltəraşlarının əl işləri də nümayiş olunacaq.
Belə ki, Türkiyəli usta-rəssam Efe Unçu tərəfindən hazırlanmış iki əsər ilk dəfə olaraq nümayiş olunacaq. Onlardan biri “Çaldıran döyüşü” mövzusunda işlənmiş fayans boşqabdır. Boşqab üzərində orta əsr Osmanlı miniatürləri üslubunda işlənmiş Çaldıran döyüşündən bir səhnə təsvir olunub.
Efe Unçunun ikinci əsəri “Halic üslubunda yazı” adlanır. Fayans boşqab üzərində usta-rəssam orta əsrlər dövründə Osmanlı dövlətində yayılmış və təkcə bədii deyil, fəlsəfi məna da kəsb edən haliç üslubunda təsvir-yazı vermişdir.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.