XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 İyun, 2017
Muzey rəhbərliyi Astana şəhərində Beynəlxalq Simpoziumda iştirak ediblər

Qazaxstan Respublikasının Astana şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Milli Akademik Kitabxana və Milli Muzeyin təşkilatçılığı ilə “Oxucu dünyasında mütaliə edən millət” mövzusunda Beynəlxalq Simpozium keçirilmişdir.


Simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, direktor müavinləri t.ü.e.d. Nərgiz Əliyeva və t.ü.f.d. Məhfuzə Zeynalova iştirak etmişlər.

Müvafiq olaraq tədbirdə “Tarix profilli muzeylərin sosial-mədəni mühiti və onların gənc nəslin formalaşmasına təsiri (Milli Azərbaycan Tarixi Muzeyinin timsalında)”, “Milli Azərbaycan Tarixi Muzeyinin kitab fondunun komplektləşdirilməsi tarixi”, “Muzey sahəsindəki informasiya texnologiyaları haqqında” mövzularında çıxış edən natiqlər Muzeyin qeyd olunan sahələrdə gördüyü işlər haqqında simpozium iştirakçılarına məlumat vermişlər. Sonda iştirakçılar sertifikat ilə təltif olunmuşlar.

FLICKR

YOUTUBE

FACEBOOK