XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 İyun, 2017
Muzey əməkdaşı regional seminar-təlimdə iştirak etmişdir

24-26 iyun 2017-ci il tarixlərində Gürcüstan və Azərbaycan İKOM Milli Komitələri, Gürcüstan Milli Muzeyi və Tiflis Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə Gürcüstan Milli Muzeyində “Muzeylərdə inkluziv proqram” adlı regional seminar-təlim keçirilmişdir.


“Ecole Du Louvre”-un professoru, “CECA (İKOM Muzey Pedaqoqikası və Mədəni Fəaliyyət Beynəlxalq Komitəsi)”-nın mütəxəssisi Dr. Marie-Clarte O’Neill-in rəhbərliyi ilə keçirilmiş seminarın mövzusu Cənubi Qafqaz regionu muzeylərinin təhlili əsasında seçilmişdir.  

Təlimdə Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov iştirak etmişdir. Seminar-təlimin məşğələlərində muzeylərdə inkluzivlik prinsipi, ekskluziv muzey, inkluziv muzey və sərgillər, inkluzivlik prinsipinin reallaşdırılması, “CECA BP” proqramının tətbiqi və s. mövzularda mühazirələr oxunmuşdur.

Həmçinin təlim ərzində iştirakçılar quplar şəklində Gürcüstan Milli Muzeyinin Arxeologiya və Etnoqrafiya bölmələrində tematik tədqiqat aparmış və nəticələrin təqdimatını keçirmişlər. Seminar-təlimin sonunda iştirakçılar sertifikatla təltif olunmuşlar.

FLICKR

YOUTUBE

FACEBOOK