2017-ci il iyul ayının 4-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı keçiriləcək.
Sərgidə Azərbaycan Respublikası, Gürcüstan Respublikası, İran İslam Respublikasındakı muzey və kolleksiyalarda aparılmış tədqiqatlar nəticəsində bərpa olunmuş XIX əsrin sonu, XX əsrin əvvəllərində istər Şimali, istərsə də Cənubi Azərbaycanda mövcud olmuş geyimlərə aid 150-dən artıq eksponat, 20-dən artıq tam qadın və kişi geyim dəstləri, 70-dən artıq unikal rəsm və fotoşəkil, müvafiq tarixi məlumatlar, həmçinin Muzey tərəfindən müxtəlif illərdə nəşr olunmuş etnoqrafik kitab və kataloqlar təqdim olunur.
Sərginin açılış mərasimi iyulun 4-də, saat 16.00-da Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək.
Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək sərgiyə giriş sərbəst və pulsuzdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.