XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 İyul, 2017
“Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin kataloqu çap olunub

2017-ci il iyul ayının 4-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı keçiriləcək.


Sərgidə təqdim olunan milli geyimlər sərginin kataloqunda əks olunmuşdur. Nəfis tərtibatlı, rəngli, 15 səhifəlik kataloqda müxtəlif geyim növləri, aksessuarları təqdim edilir.

Sərginin açılış mərasimi iyulun 4-də, saat 16.00-da Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək sərgiyə giriş sərbəst və pulsuzdur.

 FLICKR

YOUTUBE

FACEBOOK