Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Uluslararası Sanatkarlar ve Sanatçılar Derneği Azərbaycan Komitəsinin təşkilatçılığı ilə keçiriləcək "Turan" adlı beynəlxalq rəsm sərgisinin iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişlər.
Elmi-maarif və ekskursiyalar şöbəsinin əməkdaşı Günay Gülməmmədova rəssamları Muzeyin həm elmi-ekspozisiyası, həm də H.Z.Tağıyevin xatirə muzeyi ilə də tanış etmişdir. Ekskursiya zamanı qonaqların sualları ətraflı şəkildə cavablandırılmışdır.
Xatırladaq ki, "Turan" beynəlxalq rəsm sərgisinin açılış mərasimi 07 iyul 2017-ci il, saat 18:30-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda olacaq.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.