Kitab Azərbaycan Dillər Universiteti Elmi Şurasının qərarı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap olunmuşdur.
Əsərin elmi redaktorları akademik Kamal Abdulla və professor Etibar Nəcəfovdur.
Dərsliyin həmmüəlliflərindən biri Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Əli Fərhadovdur. O, “Azərbaycan multikulturalizminin publisistik qaynaqları” (səh. 140-147) yarımfəslinin müəllifidir. Yarımfəsildə XIX əsrin sonu - XX əsrin əvvəllərində Cənubi Qafqazda nəşr olunan qəzet və jurnallardakı məqalələrdə Azərbaycanın mütərəqqi din xadimlərinin, görkəmli publisistlərin multikultural düşüncələri, həmçinin erməni və gürcü publisistlərinin Azərbaycan mədəniyyəti mövzusundakı fikirləri öz əksini tapmışdır.
Muzey kollektivi adından Ə.Fərhadovu təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzu edirik.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.