XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Fevral, 2021
Muzey əməkdaşı Rahib Məmmədova həsr olunmuş tədbirdə çıxış edib
Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi, Abşeron Bina Peşə Liseyi və Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə "Xeyirxahlıqdan və mərhəmətdən doğan qəhrəmanlıq" adlı onlayn anım tədbiri keçirilib. Tədbir azərbaycanlı əsgər Rahib Məmmədova həsr olunmuşdur. O, 20 yaşında ikən 1987-ci il fevralın 1 dən 2-nə keçən gecə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonu Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərmiş, təbii fəlakət zamanı kənd sakinlərini seldən xilas edərək özü də qəhrəmanlıqla həlak olmuşdu. R. Məmmədov ölümündən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli fərmanı ilə "Qızıl ulduz" ordeni ilə təltif edilmişdir. R.Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib. Qəhrəman əsgərə həsr olunan tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Sahibə Ələkbərova da iştirak edib. O, Rahib Məmmədovun adını daşıyan Ağdam rayon Döyüş Şöhrəti Muzeyinin fəaliyyəti haqqında danışıb. Qeyd edib ki, muzeylər təbliğatın ən effektiv üsulu olduğuna görə, məhz döyüş şöhrəti muzeylərinin müasir fəaliyyəti Ermənistanın işğalçılıq fəaliyyətinin dünyaya çatdırılmasının ən bariz nümunəsi kimi çox əhəmiyyətlidir.