XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 İyul, 2017
Tələbələr sərgi əsasında referat hazırlayırlar

Xəzər Universitetinin Tarix fakültəsinin bir qrup tələbəsi "Azərbaycan milli geyimləri" mövzusunda referat işi üçün Milli Azərbaycan Tarixi Muzeyində nümayiş olunan "Azərbaycan milli geyimləri olduğu kimi" sərgisini ziyarət etmişlər.


Sərginin kuratoru, Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov və Xüsusi fondun müdiri, t.ü.f.d. Afət Rüstəmbəyova tələbələrə mədəni irsimiz olan milli geyimlərimizin yaranma tarixi haqqında ətraflı məlumat vermişlər. 

Xatırladaq ki, 04 iyul 2017-ci il tartixində AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı keçirilib. Sərgidə Azərbaycan, Gürcüstan və İrandakı muzey və kolleksiyalarda aparılmış tədqiqatlar nəticəsində XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş geyim növləri nümayiş etdirilir. Sərgi 04 oktyabr 2017-ci ilə qədər davam edəcək.

FLICKR

YOUTUBE

FACEBOOK