Milli Azərbaycan Tarixi Muzeyində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ilə birgə tədbir keçirilmişdir.
“İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində “Sovet rəssamı İ.İ.Brodskinin yaradıcılığında inqilab dövrü” mövzusunda mühazirə-seminar təşkil edilmişdir. Mühazirə Muzeyin elmi işçisi, t.ü.f.d. Fuad Ağayev tərəfindən oxunmuşdur.
Seminarda görkəmli rəssam İsaak Brodskinin (1893-1939) yaradıcılıq həyatı haqqında məlumat verilmiş, onun əsərlərində Azərbaycan tarixinə baxış mövzusu işıqlandırılmışdır. Mühazirəçi tərəfindən qeyd edildi ki, 1912-ci ildə İ.İ.Brodski tərəfindən məşhur xeyriyyəçi H.Z.Tağıyevin portreti hazırlanmışdır və hal-hazırda H.Z.Tağıyevin ev muzeyində nümayış olunur. Bundan başqa 1925-ci ildə İ.Brodski tərəfindən hazırlanmış “26 Bakı Komissarının güllələnməsi” monumental əsəri də çox maraqlıdır.
Tədbirdə Nərimanov rayonu Rus İcmasının nümayəndələri və “Azərbaycan Kazak Həmyerlilər Birliyi”nin üzvləri iştirak etmiş, verilən suallar mühazirəçi tərəfindən ətraflı cavablandırılmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.