XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Aprel, 2016
Muzeyin ekspozisiyasında Xanlıqlar bölməsinin materialları yenilənmişdir

Milli geyimlər xalqın maddi mədəniyyətini, eyni zamanda etno-sosial həyatını, etno- mədəni, ticarət-iqtisadi əlaqələrini, onun başqa xalqlarla qarşılıqlı etnik-mədəni təmasını, dünyagörüşünü, etik normalarını özündə cəmləşdirən elementlərdən biridir.


Milli geyimlər həmçinin xalqın etnogenezini də öyrənmək baxımından çox əhəmiyyətlidir.Məhz bu cəhətlərinə görə MATM ekspozisiyasında milli geyimlərin nümayişinə xüsusi önəm verilir. Bu günlərdə MATM ekspozisiyasında İrəvan xanlığının maddi mədəniyyətinə dair yeni materiallar nümayişə çıxarılmışdır. Materiallar arasında XIX əsrdə İrəvan qadınlarının istifadəsində olan yüksək bədii və tarixi dəyərə malik küləcə xüsusilə diqqəti cəlb edir. Küləcə tirmə parçadan  tikilmiş, müxtəlif tikmə bəzəklərlə zəngin bədii tərtibat verilmişdir. Küləcənin Qarabağ küləcələri ilə eyni formaya malik olması hər iki xanlıq arasında etnik-mədəni əlaqələrin, qarşılıqlı təmasın sıx olduğunu sübut edir. İrəvan vitrini ilə yanaşı, Şəki və Qarabağ vitrinlərində yer alan milli geyimlər də dəyişdirilərək yeniləri ilə əvəz edilmişdir.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/