XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 İyul, 2017
Xarici qonaqlar Muzeyi ziyarət etmişdir

Milli Azərbaycan Tarixi Muzeyi daim xarici qonaqları özünə cəlb etməyə davam edir.


Belə ki, 13 iyul 2017-ci il tarixində Tehran Miniatür Məktəbinin nümayəndəsi Seyid Şahin Ərəb həyat yoldaşı ilə birlikdə Muzeyin qonağı olmuşdur. Muzeyin Elmi maarif və ekskursiyalar şöbəsinin əməkdaşı Hicran Həsənova qonaqlara Azərbaycan tarixinin müxtəlif dövrləri barədə ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır. Ekskursiyadan sonra qonaq Tehran Miniatür Məktəbi adından Muzeyə öz şəxsi - at və qız təsvirli əsərini və öz kolleksiyasının miniatür əsərlərinin fotolarını hədiyyə etmişdir. Muzeyin Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini, t.ü.f.d. Həbibə Əliyeva qonağa təşəkkür etmiş və Muzeyin nəfis tərtibatlı nəşrlərini ona hədiyyə etmişdir.

FLICKR

YOUTUBE

FACEBOOK