XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Aprel, 2016
Koreyanın Azərbaycandakı səfiri Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur

Bu gün Koreya Respublikasının fövqəladə və səlahiyyətli səfiri  Kim Çanq-gyu Milli Azərbaycan Azərbaycan Tarixi Muzeyində olub.


Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonağı qarşılayaraq, Muzeydə onu görməyindən məmnun olduğunu bildirdi. Görüşdə hər iki ölkənin muzeyləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri, gələcəkdə səyyar sərgilərin təşkili ilə bağlı planlar müzakirə edildi.  Müzakirə zamanı, həmçinin, müəssisələr arasında müvafiq sahədə əməkdaşlıq perspektivlərindən söz açılıb.

 

Sonra Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-gyu Azərbaycanın ən qədim dövrdən bu günə kimi olan ekspozisiyası ilə tanış oldu. Sonda səfir  görüşdən məmnun olduğunu Muzeyin rəhbərinə öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, bu görüş hər iki ölkənin maddi-mədəni irsinin inkişafında, konfrans və seminarların keçirilməsi, elmi tədqiqatların aparılması sahəsində mühüm əhəmiyyət kəsb edəcək.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/