XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Avqust, 2017
Muzey əməkdaşı konfransda iştirak etmişdir
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” adlı konfrans keçirib. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin əməkdaşı, elmi işçisi Əli Fərhadov da iştirak edib. Konfransın məqsədi gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi sahəsində görülən işlər, bu sahədə qarşıda duran məsələlərin müzakirə edilməsi olub. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, media təmsilçiləri, ziyalılar və gənclər iştirak ediblər.