XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Aprel, 2016
“I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisində tam ölçülü döyüşçü manekenləri nümayiş olunacaq

AMEA Milli Azərbaycan Tarixi Muzeyində hazırlıq işləri aparılan “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisində 130-a yaxın tarixi eksponatdan başqa tamölçülü döyüşçü manekenləri nümayiş olunacaq.


Belə ki, üzərlərinə XVI-XVII əsr silahları geyindirilmiş Səfəvi dövrü Azərbaycan döyüşçülərini əks etdirən manekenlər tamaşaçılarda orta əsr silahları, onların daşınma və istifadə olunma qaydaları haqqında tam təsəvvür yaradacaqlar. Qeyd etmək lazımdır ki, manekenlər üzərindəki silahlar ilk dəfədir ki, nümayiş olunurlar. 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/