XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Sentyabr, 2017
Muzey əməkdaşı televiziya verilişində çıxış etmişdir
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları mütəmadi olaraq maarifçi verilişlərdə iştirak edirlər. Belə ki, Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Əli Fərhadov Dünya Tv-nin “Fərqli” verilişində “Gənclərin radikal dini meyillərdən çəkindirilməsi üçün ənənəvi islam dəyərlərinin təbliği” mövzusunda keçirilən tədbirdə iştirak və çıxış etmişdir. Ə.Fərhadov muzeydə mütəmadi olaraq keçirilən multikulturalizm tədbirlərindən bəhs etmiş, dini radikalizmə qarşı mübarizədə bunun əhəmiyyətini vurğulamışdır. Muzey əməkdaşı öz çıxışında milli din xadimlərinin əsərlərinin təbliğinin vacibliyinin də dini maarifçilik baxımından önəmli olduğunu bildirmişdir.