XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Sentyabr, 2017
Muzeydə arxeoloji dəfinə
Milli Azərbaycan Tarixi Muzeyi arxeoloji xəzinə əldə etmişdir. Dəfinəyə daxil olan numizmatik sikkələr Numizmatika və Epiqrafika elmi fond şöbəsinə təhvil verilmişdir. Muzeyin qocaman numizmat alimi, Numizmatika və Epiqrafika elmi fond şöbəsinin müdiri, t.ü.e.d. Əli Rəcəbli sikkələrin tarixi əhəmiyyətini və dövrünü müəyyən etmişdir. Ə.Rəcəbli qeyd edib ki, daxil olan gümüş və mis sikkələr XVII-XIX əsrləri əhatə edir. Dəfinə Şamaxıdan təsadüfi tapıntı nəticəsində əldə olunmuşdur. Xəzinənin əsas hissəsini təşkil edən gümüş sikkələri - abbasilər Səfəvilər və xanlıqlar dövründə zərb olunmuşdur. Mütəxəssisin bildirdiyinə görə Gəncə və Şamaxıda zərb olunan gümüş sikkələrin üzərində fars dilində “Ya sahibi-zaman”, “Ya Kərim” sözləri həkk olunmuşdur. Bu qiymətli metallar Muzeyin numizmatik kolleksiyasına daxil olub mühüm tarixi əhəmiyyət kəsb edir.