XƏBƏRLƏR
11 Sentyabr, 2017
Milli Azərbaycan Tarixi Muzeyində “İslam Həmrəyliyi: Azərbaycan 2017 – müasir baxış” mövzusunda maarifləndirmə tədbiri təşkil olunmuşdur
09.09.2017 -ci il tarixində “Rasional Cəmiyyət Uğrunda” İctimai Birliyi “İslam Həmrəyliyi: Azərbaycan 2017 – müasir baxış” adlı layihə çərçivəsində həmin mövzu üzrə Milli Azərbaycan Tarixi Muzeyində maarifləndirmə tədbiri – seminar təşkil olunmuşdur. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutmuşdur. Tədbirdə Bakı şəhərinin bir sıra orta məktəblərinin – “İdrak” liseyi, Avropa – Azərbaycan Məktəbi, Bakı Slavyan Universitetinin Məktəb-lisey kompleksinin şagirdləri iştirak etmişdir.
Qeyd edək ki, bu layihənin əsas məqsədi dövlətin siyasətini dəstəkləyərək, məktəbliləri “İslam Həmrəyliyi ili” üzrə fəaliyyət prosesinə cəlb etmək, bu mövzunu işıqlandıraraq yaymaqdır. Həmçinin, məktəbliləri maarifləndirərək müsəlman ölkələrinin tarixini, mədəniyyətlərini onlara öyrətməkdir. Habelə, məktəblilərdə yaranan sualları cavablandırmaq, onları müzakirələrə dəvət etmək, tolerantlıq, qarşılıqlı əməkdaşlıq və bu kimi mövzularda onları maarifləndirməkdir.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov çıxış edərək, belə bir maarifləndirmə tədbirinin keçirilməsinin əhəmiyyətini və vacibliyini vurğulayıb, şagirdlərin ölkədə həyata keçirilən mühüm dövlət proqramlarına cəlb olunmasını yüksək qiymətləndirmişdir.
Layihənin rəhbəri A. Haciyeva isə öz çıxışında belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya və tədbirin Muzeydə təşkilinə şərait yaradan akademik Nailə xanım Vəlixanlıya öz təşəkkürünü bildirib. O, layihənin məqsədi barədə məlumat verərək həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində müzakirələr aparılıb, layihə çərçivəsində nəşr olunmuş bukletlər paylanıb. Eyni zamanda məktəblilər layihə çərçivəsində elan olunan “İslam həmrəyliyi uşaqların gözü ilə” foto, rəsm və yazı müsabiqəsində iştirak etməyə dəvət olunublar. Tədbirin sonunda seminar iştirakçılarının hər birinə iştirak barədə sertifikatlar təqdim olunub.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...