XƏBƏRLƏR
11 Sentyabr, 2017
Muzey əməkdaşı beynəlxalq tədbirdə iştirak etmişdir
Milli Azərbaycan Tarixinin əməkdaşları davamlı olaraq muzeyi xarici ölkələrdə uğurla təmsil edirlər.
Belə ki, muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov cari ilin 2-7 sentyabr tarixlərində Rusiya Federasiyasının Perm şəhərində keçirilən “Tarix. Mədəniyyət. Yaddaş: yeni nəslin baxışı” adlı gənc tarixçi, mədəniyyətşünas və muzey işçilərinin beynəlxalq məktəbində iştirak etmişdir. Tədbir Xaricdə Yaşayan Həmvətənlərlə İş və Humanitar Əməkdaşlıq üzrə Federal Agentlik Nümayəndəliyinin (Rossotrudniçestvo) təşkilatçılığı ilə baş tutmuşdur. Beynəlxalq məktəbin iştirakçıları arasında MDB ölkələrindən olan mədəniyyətşünas, tarixçi və müəllimlər də var idi.
Proqram çərçivəsində ekspertlərlə 1917-ci il Oktyabr inqilabının XX əsrin əvvəllərində Rusiyanın tarixi, mədəniyyəti və kilsənin fəaliyyətinə təsiri barədə müzakirələr aparılmış, tarixi mövzuda ekskursiya materialının hazırlanması istiqamətində dərslər keçirilmişdir.
Daha sonra Perm diyarının Dövlət Arxivinin materialları əsasında hazırlanmış “Perm 1917-ci il” adlı kitabın təqdimatı keçirilmişdir.
Tədbir çərçivəsində gənc alimlər siyasi repressiyalara həsr olunmuş “PERM-36” memorial kompleksi və bu mövzuda hazırlanmış sərgi, Perm Diyarşünaslıq Muzeyi və şəhərdən 300 km. aralıda yerləşən Uralın ən qədim şəhəri Çerdında olmuşlar.
Beynəlxalq məktəb “Çətin tarix” adlı dairəvi masa arxasında müzakirələr və gənc alimlər tərəfindən qətnamənin qəbulu ilə sona çatmışdır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...