AMEA Milli Azərbaycan Tarixi Muzeyində hazırlıq işləri aparılan “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisinin ekspozisiyası tam olaraq qurulmuşdur.
Sərgidə nümayiş etdirilən 130-dan artıq unikal eksponat, bir neçə döyüşçü manekeni, çoxlu sayda informasiya panelləri, nadir sənət əsərləri Azərbaycan tarixində xüsusi yeri olan, mahir sərkərdə və dahi dövlət başçısı olan I Şah İsmayılın şəxsiyyəti, qazandığı qələbələri, apardığı müharibələri, yaratdığı dövlət aparatı, iqtisadi sistemi, elmi və mədəni mühiti haqqında əyani təsəvvür yaradır.
Sərginin təntənəli açılış mərasimi aprelin 15-də keçiriləcək. Sərgi dekabrın 15-dək tamaşaçılar üçün açıq olacaq.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.