XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Sentyabr, 2017
Muzey əməkdaşı “21 sentyabr Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirdə iştirak edib
Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində “21 sentyabr Beynəlxalq Sülh Günü”nə həsr olunmuş “Dünyamızı qoruyaq” adlı tədbir keçirilib. Milli Azərbaycan Tarixi Muzeyinin “Xarici əlaqələr və elmi kütləvi iş” şöbəsinin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova da tədbirdə iştirak etmişdir. Mərkəzin gənclərinin əl işlərindən ibarət sərgiyə baxış kecirilmiş, sağlamlıq imkanı məhdud gənclərdən ibarət ansamblın iştirakı ilə bədii hissə təqdim olunmuşdur. Sonda bənzər tədbirlərin muzeydə də keçirilməsi müzakirə olunmuşdur.